Müəllim “Vətən naminə” medalına layiq görüldü - FOTOLAR

img

03-11-2017 [16:03]


İmişli rayonunun R.Məmmədov adına Əliqulular kənd tam orta məktəbinin "Çağrışaqədər hazırlıq" üzrə  müəllimi, Qarabağ müharbəsi veteranı Sərraf Ağakişi oğlu Ağayev "Vətən naminə” medalı ilə təltif olunub. 

Mia.az-a verilən məlumata görə, təqdimolunma mərasimində məktəbin direktoru, respublikanın Əməkdar müəllimi Səxavət Tağıyev Sərraf Ağayevin döyüş yolu və pedaqoji fəaliyəti barədə danışıb.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranlları və Şəhid Ailələri İctimai Birliyinin İmişli rayon Təşkilatının sədri Ələddin Qardaşov "Vətən naminə” medalını döyüşçü müəllimə təqdim edib.

Veteran-müəllimin iş yoldaşları – Naiq Səfərov, Atamoğlan İmranov, Sədaqət Vəlioğlu, Püstə Kərimova və Rəhimə Məmmədova onu təbrik edib, şərəfli həyat yolu barədə danışdıblar. 

Sonda Sərraf Ağayev keçdiyi döyüş yoluna və pedaqoji fəaliyyətinə dəyər verən hər kəsə öz minnətdarlığını bildirib.





Digər xəbərlər
SON XƏBƏRLƏR