Daxili işlər naziri etirazçıları qoruyan polisləri geri çağırdı: "Bu zir-zibili qorumaq niyyətində deyilik"

img

01-11-2017 [00:09]


Kiyevdə Ali Radanın önündə toplaşan etirazçıları qorumaq üçün göndərilən polis qüvvələri geri çağırılıb.

Bununla bağlı Ukraynanın Daxili İşlər naziri Arsen Avakov Tvitter hesabında məlumat verib:

"Dövlət resurslarını sərf etmək və Rada qarşısındakı bu zir-zibili qorumaq niyyətində deyilik. DİN qüvvələrinin geri çağırılması ilə bağlı əmr vermişəm”.

Qeyd edək ki, Mixail Saakaşvili tərəfdarları oktyabrın 17-dən etibarən Ali Rada önündə etiraz aksiyalarına başlayıb. Onlar deputatların toxunulmazlığının ləğvini, anti-korrupsiya məhkəməsinin yaradılmasını və seçki qanununda dəyişiklik edilməsini tələb edirlər/Teleqraf.com.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA