Barzani Ankarada Ərdoğanla görüşmək istədi, lakin sərt cavab aldı: "Səviyyəmə uyğun deyil"

img

31-10-2017 [12:04]


"İraqın şimalındakı Kürd Muxtar Əyalətinin baş naziri Neçirvan Barzani iki aydır Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyə cəhd edir, amma, bu, alınmır”.

Bunu Türkiyənin "Hürriyet” qəzeti yazıb.

Yazıda qeyd olunub ki, sentyabrın 25-də İraqın şimalında keçirilən "referendum”dan sonra Barzani ailəsi Türkiyə ilə əlaqələri normallaşdırmaq üçün yollar axtarır:

"Neçrivan Barzani 2 aydır Ankaraya getmək, Türkiyə prezidenti ilə görüşmək istəyir. Rəcəb Tayyib Ərdoğan onunla görüşmək istəmədiyini bildirib. Prezident niyə görüşmədiyni belə izah edib: "Mənim səlahiyyət səviyyəmə uyğun deyil”. 

Bundan başqa, Barzaninin "müstəqilik referendumu”nu Türkiyə ilə məsləhətləşməməsini də səbəblərdən biri kimi göstərərk deyib: "İsraillə müzakirə etdilər, bizimlə görüşmədilər”, - qəzet yazıb.

Qeyd edək ki, muxtariyyətin başçısı Məsud Barzani oktyabrın 29-da istefa verib. Onun səlahiyyətlərini baş nazir Neçrivan Barzani icra edir. O, M.Barzaninin qardaşı oğludur/Report.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA