Ərdoğan tələb etdi, ağlayaraq istefa verdi: "Küll iradəyə tabe olaraq..." - VİDEO

img

30-10-2017 [18:37]


Prezident Ərdoğanın tələbi ilə Türkiyənin İstanbul, Ankara və Bursa bələdiyyələrindən sonra Balıkesir Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Edib Uğur da vəzifəsindən gedib.

O, bu gün göz yaşları içində həm bələdiyyə sədri vəzifəsindən, həm də təmsil olunduğu AKP-dən bu gün istefa verdiyini bəyan edib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Edib Uğur istefa xəbərini açıqlayarkən bu günədək təmsil olunduğu AKP-yə dolayı mesaj verməklə yanaşı, göz yaşlarını da tuta bilməyib:

"Külli iradəyə tabe olaraq cüzi iradəmlə vəzifəmdən və təmsil olunduğum partiyadan istefa verirəm. Korrupsiya yox, digər qanunsuzluqlar yox, ancaq ailəmə qədər basqılar, müdaxilələr var.  Nə yazıq ki, AKP-də qalmaq, siyasətə məşğul olmaq artıq mümkün deyil".

Sonda o, göz yaşları içində ailəsinə və yaxın çevrəsinə "Hamınızı Allaha əmanət edirəm"" deyib, təşəkkür edib.
 
Qeyd edək ki, Prezident Ərdoğan ötən seçkidə istənilən nəticəni ala bilmədiyi Ankara, İstanbul, Bursa və Balıkesir bələdiyyə sədrlərindən istefa vermələrini tələb etmişdi. Ankara, İstanbul və Bursa böyük şəhər bələdiyyələrinin sədrləri artıq istefa veriblər.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA