Azərbaycanda telekanalın yayımı niyə dayandırıldı? - SƏBƏB

img

30-10-2017 [17:18]


"Azərkosmos” ASC "İnterAz” televiziya kanalının "Azerspace-1” peyki üzərindən yayımının dayandırılmasına münasibət bildirib.

Mia.az xəbər verir ki. "Azərkosmos” ASC-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, "İnterAz” televiziya kanalı "Azərkosmos” ASC ilə imzalanmış müqavilə üzrə öhdəlikləri yerinə yetirməyib.

Buna görə də televiziya kanalının "Azerspace-1” peyki üzərindən yayımı dayandırılıb.

Qeyd edək ki, ötən həftədən etibarən telekanalın yayımı dayanıb. "İnterAz”-dan mətbuata bildirilib ki, telekanalın yayımında yaranan problem texniki nasazlıqla bağlıdır.

Xatırladaq ki, telekanalın baş ofisi Moskvada yerləşir. Telekanal Azərbaycan və rus dillərində verilişlər yayımlayır. "İnterAz” telekanalı "Azerspace-1” peyki vasitəsilə yayımlanır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA