Bərzaninin tərəfdarları parlamentə hücum edib? – Açıqlama

img

29-10-2017 [21:33]


Ərbil şəhərində, İraq Kürdüstanı parlamentinin yaxınlığında atışma baş verib.

Bu barədə "Sky News Arabia” telekanalı xəbər verib.

Məlumata görə, Məsud Bərzaninin tərəfdarları parlamentə hücum edib. Muxtariyyətin güc strukturları hücumun qarşısını alıb.

RİA Novosti agentliyinin xəbərinə görə, İraq Kürdüstanı parlamentinin mətbuat katibi yayılan məlumatın şaiyə olduğunu bildirib.

Qeyd edək ki, bu gün İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzani istefa verib. M. Bərzaninin istefa barədə məktubu muxtariyyət parlamentinin qapalı toplantısında oxunub. M. Bərzani noyabrın 1-də başa çatan səlahiyyət müddətinin uzadılmasını qəbul etməyəcəyini vurğulayıb/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA