"Türkiyəyə Iraqda, Suriyada, Qafqazda nə işin var deyənlərdən soruşuram, bəs sizin nə işiniz var?!" - Ərdoğan

img

28-10-2017 [17:17]


Bu gün Türkiyə prezidenti Ərdoğan Konyadan dünyaya mesaj verib.

Mia.az xəbər verir ki, Ərdoğan türk millətinin yenidən gerçək gücünün fərqinə varmasının bəzi ölkələri adətən "qudurmuş duruma" gətirdiyini bəyan edib. 

Prezident deyib ki, artıq Türkiyə gücünü, imkanlarını, nə edəcəyini əla bilən bir ölkədir: "Türk milləti yüz milyonlarla qardaşları ilə birlikdə yenidən qurulan dünyada haqq etdiyi yeri almanın qərarlığı içindədir. Türkiyənin bu dirilişindən, silkələnməsindən, yüksəlişindən rahatsız olanlar, terror təşkilatları ilə əl-ələ verib önümüzü kəsməyə, bizi yeniden öz biçdikləri dar köynəyə sığışdırmağa çalışırlar. 

Halbuki biz ürəyimizdəki hüdudların darlığına üsyan edən, kükrəyən bir millətik. Türkiyəyə "Iraqda, Suriyada, Somalidə, Afrikada, Balkan, Qafqaz bölgəsində nə işin var" deyənlərdən soruşmaq lazımdır, yaxşı, bəs sizin buralarda nə işiniz var?! Elə deyilmi? Çünki bunların dərdi yoxdur, bizim dərdimiz var, dərdimiz. Biz dərdliyik. Biz buralardayıq, çünki bizim bu coğrafyada çox güclü tarixi və insani bağlarımız var. Buralarda ağlayan hər uşağın göz yaşını silmək, başını tumarlamaq bizim boynumuzun borcudur".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA