Vaşinqtondan həmlə: İbadi dayandı, Bərzani istefanın bir addımlığından geri çəkildi – Narazı Ankara isə...

img

28-10-2017 [15:54]


İraq Mərkəzi Hökuməti Kürd Muxtar Vilayətinin lideri Məsud Bərzaninin barışıq üçün irəli sürdüyü hər üç təklifə qapılarını açıq saxlayıb.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, İraq Mərkəzi Hökuməti Bərzaninin "Atəşi dayandırmaq, referendumu dondurmaq və İraq konstitusiyası daxilində danışıqlar aparmaq” təkliflərinə ilk gün soyuq yanaşsa da, artıq barışığa doğru yumşalmağa başlayıb.

Belə ki, İraqın baş naziri Heydər əl-İbadi dünən bütün sərhəd məntəqələrini İraq ordusuna təslim etmək üçün Bərzaniyə 24 saat vaxt verib: "İran və Türkiyə ilə bütün sərhəd məntəqələri İraq ordusunun nəzarətinə keçəməlidir. Bununçün Ərbilə 24 saat vaxt verilib”. 

Maraqıdır ki, bu gün axşam üstü Ərbilə verilən 24 saatıq vaxt bitir. Fakt isə odur ki, sərhəd məntəqələri bu yazının hazırlandığı dəqiqəyə qədər İraq hökumətinə təslim olunmayıb. 

Bəs, elə isə nə baş verəcək?

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki,  İraq hökuməti iki gün əvvəki kimi kürdlərin nəzarətində olan bölgələrə artıq hücum etmək həvəsində deyillər:

"Düzdür, İraq hökuməti bütün istiqamətlərdən görüntü xarakterli həmlələrini davam etdirir. Belə ki, İraq ordusu iki gün əvvə Suriya ilə sərhəddə yerləşən "Rabiyə” məntəqəsini səhərə yaxın tam ələ keçirdikdən sonra  qısa zamanda Türkiyə ilə sərhəddə yerləşən və Ərbilin ürəyi sayılan, hər gün 3 mindən çox ərzaq və digər istehak malları ilə dolu tırların keçdiyi "Habur” keçid məntəqəsinə doğru hücum hazırlığında olduğunu nümayiş etdirir. Unutmayaq ki, təkcə İbadi hökuməti deyil, elə bütün dünya yaxşı bilir ki, əgər bu məntəqəyə nəzarəti ələ keçirilsə, o zaman rəsmi Ərbil çox asanlıqla dizə gətiriləcək.

 Ancaq məsələ budur ki, rəsmi Bağdad Vaşinqtonun və bu ölkənin İraqdakı ordusunun rəhbərliyinin dövriyyəyə girməsindən sonra "irəli, yoxsa geri” tərəddüdünə düşüb. Oysa ki, "Rabiyə” məntəqəsi ələ keçiriləndən dərhal sonra İraq Mərkəzi Hökumətinə yaxın olan dairələr rəsmi Ərbilə qarşı təzyiqlərin davam edəcəyini açıqlayıb. Bildirilib ki, "Mərkəzi Hökumət Bərzaninin 3 maddədən ibarət təklifinə o halda müsbət cavab verəcək ki, əvvəla, referendum dondurulmayacaq, tam ləğv ediləcək və Bərzani vəzifəsindən gedəcək. Bunlar gerçəkləşməyənə qədərsə, rəsmi Bağdad  heç bir danışıq aparmaq niyyətində deyil və əməliyyat davam edəcək”. 

Ancaq görünən odur ki, artıq İbadi hökuməti əvvəlki qətiyyətli hökmdə deyil”.

Mia.az Ərbilə yaxın xəbər saytlarına istinadən bildirir ki, Bərzani Bağdadın yeni tələbi ilə yanaşı, hərbi əməliyyatları dəyərləndirmək üçün iki gün əvvəl çağırdığı Muxtar Vilayət Məclisinin iclasını bu gün təxirə salıb. 

Ərbildən verilən məlumatda bunun səbəbi açıqlanmayıb. Lakin bildirilib ki, birinci günü Mosulda İraq hökuməti ilə danışıqlar başlanacaq. Bu isə o deməkdir ki, rəsmi Bağdad referendumun nəticəsi ləğv edilmədən Bərzaninin "atəşi dayandırmaq və danışıqlara başlamaq” təklifini qəbul edib.

Qeyd edək ki, məclisin toplantısında Bərzaninin istefa verəcəyi haqda dünənə qədər ən ciddi dairələrdən xəbərlər yayılırdı. Hətta onun yerinə müvəqqəti olaraq məclis sədrinin gətiriləcəyi iddia olunurdu...

Yeri gəlmişkən, Türkiyə də Bərzaninin istefasını israrla tələb edir. İddiaya görə, bir neçə gün əvvəl Ankarada rəsmi səfərdə olan İraq baş naziri Heydər əl-İbadi bu məsələni prezident Ərdoğanla müzakirə edib və tərəflər Bərzaninin gələcəyi ilə bağlı qərar veriblər. 

Lakin İbadinin dünən qəfil atəşi dayandırıb, Ərbilə 24 saat verməsi ortalığa ciddi şübhələr düşürüb.   

Elə dünən Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun İbadinin son qərarına verdiyi reaksiya da belə düşünməyə əsas verir. 

Xatırladaq ki, Çavuşoğlunun açıqlamasında İbadinin Bərzaniyə 24 saat zaman verməsi və atəşi dayandırmasına dolayı etiraz vardı. 

Çavuşoğlu "Mediada belə xəbər başlığı gördük. Amma arxasında nələrin olduğunu bilmirik. Lakin bizimlə sərhədin İraq hökumətinə təhvil verib-verməyəcəyimiz üçün prosesi yaxından izləyirik”, - deyib.

Ekspertlər isə Çavuşoğlunun "sərhədin İraq hökumətinə təhvil verib-verməyəcəyimiz üçün" mesajının təsadüf olmadığını deyir. İddia olunur ki, rəsmi Ankara birmənalı şəkildə Bərzaninin getməsini Bağdadın qarşısında şərt qoyub. Əgər Bağdad bu istəkdən qaçarsa, o zaman tərəflər arasında fikir ciddi ayrılığı yaranar ki, bu da Türkiyənin bölgədə müstəqil siyasət yürütməsinə nəfəs verəcək.

Elə bu gün Türkiyə xüsusi təyinatlılarının (komandos) İraqın Zap bölgəsində əməliyyat keçirib, PKK-dan təmizlədiyi dağlardan birinə türk bayrağını sancması və əməliyyatın davam edəcəyi haqda hökmlü bəyanatının da Bağdada və Ərbilə açıq mesaj olduğu söylənilir.

Türkiyə mətbuatının məlumatına görə, İbadinin 24 saat vaxt verməsinin ardınca Bərzanin istefa verəcəyi gözlənilən Kürd Muxtar Vilayəti Məclisinin topantısını təxirə salınmasının arxasında ABŞ dayanıb: 

"Rəsmi Vaşinqton baş katib Tillerson səviyyəsində İbadi hökumətinə hücumu dayandırmaq üçün təzyiq edib. Eyni zamanda, Bərzaniyə yeni ümid verilib. Məhz Tillersonun meydana girməsindən sonra İbadi dayandı, Bərzani isə istefanın bir addımlığından geri döndü. Bu isə Ankaranın maraqlarına qətiyyən uyğun deyil”. 

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA