ABŞ Senatındakı demokratların lideri: "Tramp “Twitter”də yazmağa son qoyaraq, yaşamağa başlamalıdır"

img

25-10-2017 [11:28]


ABŞ Senatındakı demokratların lideri Çak Şumer prezident Donald Trampı "Twitter”də yazmağı dayandırmağa və amerikalıların problemlərini həll etməyə başlamağa çağırıb.  

"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ç.Şumer jurnalistlərə açıqlamasında bildirib.

"Prezident Tramp "Twitter”də yazmağa son qoyaraq, yaşamağa başlamalıdır. Biz bu prezidentdə  liderlik müşahidə etmirik. Onun işi-gücü ancaq "Twitter”də yazmaq və problemləri qabartmaqdır. Amerikalılar istəmirlər bunu”, – deyə o jurnalistlərə bildirib.     

"İstərdik ki, prezident çoxsaylı düşmən axtarmaqdansa, amerikalıların problemlərini həll etməyə başlamasın”, – deyə Şumer qeyd edib.

APA  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA