Bərzani İraq hökumətinə şərt qoydu: geri çəkilirik, ancaq... - Bəyanat

img

25-10-2017 [10:29]


Kürd muxtariyyətinin rəhbərliyi İraq hökumətinə atəşi dayandırmağı və dialoqa başlamağı təklif edərək, öz tərəfindən referendumun nəticələrini dondurmağa hazır olduğunu bəyan edib. 

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Bərzani hökuməti rəsmi bəyanat yayıb. 

Bəyanatda deyilir:     

"Kürd və İraq xalqı qarşısında üzərimizə götürdüyümüz öhdəliklərin icrası üçün biz İraq hökuməti, İraq və dünya ictimaiyyətinə aşağıdakıları təklif edirik:

1. Bölgədə atəşin və bütün hərbi əməliyyatların dərhal dayandırılması;

2. Kürd muxtariyyətində keçirilmiş referendumun nəticələrinin dondurulması; 

3. Konstitusiyanın əsasında bölgə hökuməti və İraq federal hökuməti arasında açıq dialoqa başlamaq”.

Xatırladaq ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. 

Rəsmi Bağdad referenduma kəskin etiraz edib. Təxminən 10 gün əvvəl isə İraq ordusu ölkənin ərazi bütövlüyünün bərpa etmək üçün "Peşmərgə”yə qarşı hərbi əməliyyata başlayıb. Kərkük və ətrafı peşmərgədən təmizlənib, mutxtariyyətə qarşı hələ də güclü basqılar davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA