Saakaşvilidən yeni addım - O, Ukrayna Ali Radasının qarşısında çadırda məskunlaşıb

img

24-10-2017 [22:57]


Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Ali Radasının qarşısında etirazçıların quraşdırdığı çadırlardan birində məskunlaşıb.    
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, M. Saakaşvili bundan əvvəl Ukrayna parlamentinin qarşısındakı etirazçılara qoşulmaq niyyətində olduğunu açıqlayıb. O  müxalif siyasətçiləri də ona qoşulmağa çağırıb.   
 
Məlumata görə, M.Saakaşvilinin çadırı Mariinski parkında quraşdırılıb. Çadırın qarşısında bir neçə mühafizəçinin keşik çəkdiyi  bildirilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA