"Biz Budapeşt memorandumunu pozduq..." - Putinin rəqibindən gözləniməz açıqlama

img

24-10-2017 [17:57]


"Beynəlxalq hüquq baxımından Krımı Ukrayna ərazisi hesab edirəm”.

Bunu bu gün Rusiyada prezidentliyinə namizəd, tanınmış teleaparıcı Kseniya Sobçak mətbuat konfransında bəyan edib.

"Biz öz sözümüzü, 1994-cü ilin Budapeşt memorandumunu pozduq. Söz verdik, lakin sözümüzü tutmadıq. Bundan sonra biz müzakirə etməliyik. Bu, böyük problemdir", - deyə Sobçak vurğulayıb. 

O, Ukrayna ilə münasibətlərin Rusiya üçün çox vacib olduğunu söyləyib: "Münasibətləri normallaşdırmaq lazımdır. Ukrayna sözsüz ki, Rusiya üçün çox vacib tərəfdaşdır. Normal, yaxşı münasibətləri bərpa etmək, yəqin ki, Rusiyanın qarşısında duran ən başlıca vəzifədir”.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn ilin martında keçiriləcək. Seçki kampaniyasına dekabr ayından start veriləcək. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA