“İndi önümüzdə Afrin əməliyyatı var, bir gecə anidən hücum edə bilərik" - Ərdoğan

img

24-10-2017 [16:20]


"İdlibdəki əməliyyat böyük uğurla nəticələndi, növbədə Afrindir".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"İndi önümüzdə Afrin əməliyyatı var. Daha əvvəl dediyimiz ki, bir gecə anidən hücum edə bilərik. Bütün bunlar bizim üçün potensial təhlükədir və biz ölkəmizi təhdid edən bütün qüvvələri məhv etməkdə qərarlıyıq. Hər kəs bunu bilsin! Bu məsələdə heç kimə güzəştə getməyəcəyik”, – Ərdoğan bildirib/Axar.az.

Qeyd edək ki, Suriyanın Afrin şəhəri ABŞ-ın hərtərəfli dəstək verdiyi, Türkiyənin isə PKK terror təşkilatının Suriya qolu kimi qəbul etdiyi PYD-YPG qüvvələrinin nəzarətindədir

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA