Rəsmi Vaşinqtondan Ərəbistan və İraqa çağırış: "İrana qarşı birləşin"

img

23-10-2017 [10:47]


ABŞ-ın dövlət katibi Reks Tillerson Səudiyyə Ərəbistanı və İraq hökumətlərini İranın "artan inadı"nın qarşısını almaq üçün səylərini birləşdirməyə çağırıb, həmçinin digər ölkələrin Tehranla ticarət əlaqələrini kəsməsinin vacibliyini qeyd edib.

"Report” CBS telekanalına istinadən xəbər verir ki, bunu o, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr ilə görüşü zamanı deyib: "Biz əminik ki, bu, İranın İraq daxilindəki təsirinin qarşısını müəyyən dərəcədə almağa imkan verəcək".

O, həmçinin İran hakimiyyətini könüllülərini İraq ərazisindən çıxarmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA