PKK/PYD Suriyanın ən zəngin neft yatağını da ələ keçirdi - Kürdlər Suriyanın 1/4-nə sahiblənib...

img

22-10-2017 [22:30]


ABŞ-ın dəstək verdiyi PKK-nın Suriya qolu olan PYD qüvvələri Suriyanın ən böyük və zəngin neft yataqlarından birini bu gün ələ keçirib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, sentyabrın 9-da ABŞ-ın dəstəyi ilə Suriyanın Deyrizor şəhərində İŞİD-ə qarşı döyüşən PKK/PYD qüvvələri bu gün şəhərin şimal-şərq istiqamətində xeyli irəliləyib.

Rəsmi Dəməşqdən verilən məlumata görə, PKK/PYD qüvvələri Suriyanın Iraqla sərhədində yerləşən Deyrizorun şərqində yerləşən və ökənin ən zəngin neft yatağı olan Əl-Öməri bu gün ələ keçirib:

"Yada salaq ki, bundan əvvəl PKK/PYD Suriyada iri neft-qaz yataqlarından bəzilərini də işğal edib. Bugünkü işğalla isə PKK/PYD-nin Suriya topraqlarının təxminən 1/4-nə sahibləndiyini də demək mümkündür".

Qeyd edək ki, rəsmi Ankara ABŞ-ın silah və digər vasitələrə hərtərəfli dəstək verdiyi PYD qüvvələrini PKK-nın Suriya qolu olduğunu bəyan edərək, rəsmən terrorçu təşkilat elan edib.

Onu da bildirək ki, PYD qüvvələri ötən gün İŞİD-dən azad edilən Rəqqada PKK-nın Türkiyədə həbsdə olan lideri Öcalanın posterini asıblar. Bu da rəsmi Ankarada sərt etirazla qarşılanıb. ABŞ bu etirazlara rəğmən, PYD ilə əməkdaşıığı davam etdirəcəyini vurğulayıb. 

Lakin dünən Vaşinqtonn Ankaradakı səfirliyi  "Öcalan hörmətə layiq şəxsiyyət deyil, PYD-nin bu hərəkətini qəbul etmirik", - deyə, "yumşaq diplomatik" gediş edib... 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA