"Öcalan hörmət görməyə layiq bir şəxsiyyət deyil" - ABŞ-dan rəsmi Ankaranın etirazına daha bir cavab

img

21-10-2017 [13:40]


ABŞ-ın Ankaradakı səfirliyi Rəqqada PKK terror təşkilatının lideri Öcalanın posterinin asılması haqda açıqlama yayıb.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamada İŞİD-dən təmizlənən Rəqqada gərginliyin və qarşıdurmanın artırılmasına yönəlik hərəkətlərdən qaçmağın vacib olduğu qeyd ounub: 

"ABŞ höküməti terrora qarşı savaşda və bölgədə sabitliyin təminatında Türkiyə ilə yaxın təmas içində çalışmaqdadır. PKK xarici terror təşkilatları arasında yer alan bir təşkilatdır. Öcalan da PKK ilə bağlı terror fəaliyətləri üzündən Türkiyədə həbsdədir. O, hörmət görməyə layiq bir şəxsiyyət deyil".

Xatırladaq ki, Rəqqanın İŞİD-dən azad edilməsi əməliyyatında ABŞ-ın silahlandırdığı PYD/YPG qüvvələri dünən şəhərdə Öcalanın posterlərini asıb, ətrafında şüarlar səsləndiriblər. Bu hərəkət isə rəsmi Ankarada sərt qarşıanıb.

Dünən prezident Ərdoğan D-8 forumunda buna görə ABŞ-a sərt mesaj verib: "ABŞ bunu bizə necə izah edəcək? Artıq sizin terrora qarşı mübarizədə bizim yanımızda olmağınıza inanmırıq. Bilin ki, hər şeyin qarşılığı var".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA