Azərbaycanlıların yaşadığı rayonda seçicilərə təzyiqlər var? - Gürcüstanda seçki

img

21-10-2017 [13:17]


Müxalif "Avropalı Gürcüstan” partiyası hakim "Gürcü Arzusu” partiyasını azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda seçki prosesinə müdaxilədə ittiham edib.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, "Avropalı Gürcüstan” partiyasının Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Əhməd İmanquliyev deyib ki, hakim partiyanın nümayəndələri bir neçə seçki məntəqəsində yerli seçicilərə təzyiq göstərirlər.
 
Hakim "Gürcü Arzusu” partiyasının Marneuli rayon icra başçısı vəzifəsinə namizədi Temur Abazov isə müxalif partiyanın ittihamlarını əsassız adlandırıb: "Hakim partiyanın məqsədi seçkilərin demokratik şəraitdə keçirilməsinə nail olmaqdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA