İraq ordusu ilə peşmərgə arasında şiddətli döyüş - Su anbarı azad edildi, ölən və yaralananlar var

img

18-10-2017 [11:06]


İraq ordusu və Haşdi-Şabi qüvvələri Mosul su anbarını peşmərgədən azad edib.

Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Səhər saatlarında su anbarına nəzarəti təhvil vermək istəməyən peşmərgə ilə Haşdi-Şabi qüvvələri arasında şiddətli atışma baş verib. Atışma nəticəsində 8 Haşdi-Şabi üzvü, 1 nəfər peşmərgə həyatını itirib, daha 11 nəfər isə ağır yaralanıb.

Qeyd edək ki, Mosulda yerləşən su anbarı daha əvvəl İŞİD-in nəzarətində olmuş, terrorçular hakimiyyəti anbarı partlatmaqla hədələmişdilər/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA