17-10-2017 [22:40]
Bu gün Nizami Kino Mərkəzində "Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi olub.
Mia.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva mərasimdə iştirak edib.
Çəkilişləri Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilən filmin nümayişindən əvvəl Leyla Əliyeva, ekran əsərinin ssenari müəllifi və rejissoru Oleq Şommer, filmin qəhrəmanlarından biri olan Vüsalə Kərimova səhnəyə çıxdılar.
Filmin üzərində təxminən bir il işlədiklərini diqqətə çatdıran Oleq Şommer dedi ki, bu, onlar üçün təkcə film çəkilişləri olmayıb, bu ekran əsərinin yaradılmasında iştirak edən hər kəs ona öz qəlbinin bir parçasını qoyub. "İdeya Leyla Əliyevanın "Əgər hər kəs özünü yaxşı insan hesab edirsə, niyə ətrafda bu qədər pislik var?” sualından yarandı”, - deyən rejissor qeyd etdi ki, filmin mövzusu olan Xeyir və Şər əbədi mövzudur. İnsanlar hər zaman Xeyirlə Şərin qarşıdurmasında Xeyirin necə qalib gəlməsini düşünüblər. Dünyanı bürüyən təcavüzkarlığın artıq həddi keçdiyini qeyd edən Oleq Şommer məhz buna görə bu mövzuya müraciət etdiklərini bildirdi. O dedi ki, filmin qəhrəmanları şərlə mübarizə aparır və çox hallarda qalib gəlirlər. Lakin "ruhun xərçəngi” kimi bir anlam var və ona qalib gəlmək o qədər də asan deyil, çünki onun heç bir resepti yoxdur. Bu zaman isə filmin qəhrəmanları olan uşaqlar həyatın çətinlikləri ilə üz-üzə gələrək böyüklərin qarşısında cəsarət, nikbinlik və müdriklik nümunəsi göstərirlər.
Filmin qəhrəmanlarından birinin səhnədə dayanan Vüsalə Kərimova olduğunu deyən rejissor qeyd etdi ki, bu qızda olan həyatsevərlik hamı üçün nümunədir. Oleq Şommer filmin nümayişindən əldə edilən vəsaitin həm də bu filmə bu gün zalda tamaşa edən uşaqların müalicəsinə sərf olunacağını vurğuladı. Rejissor Heydər Əliyev Fonduna və Bakı Media Mərkəzinə xüsusi təşəkkürünü bildirdi.
Təqdimat mərasimində çıxış edən filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva ekran əsərinin əhəmiyyətindən danışdı: "Bu filmin Xeyir və Şər haqqında olduğunu demək istəmirəm, film Xeyir haqqındadır. Ona görə ki, dünyada ən böyük qüvvə - sevgi, xeyir və inamdır. Bu filmi hər kəs özünün istədiyi kimi qəbul edəcək. Ümidvaram ki, hər kəs orada özünə aid olan məqamlar görəcək”, - deyən Leyla Əliyeva heç kəsin heç bir cəhətdən başqalarından yaxşı və ya pis olmadığını vurğuladı.
Heydər Əliyev Fondunun vitse-prezidenti əminliklə söylədi ki, hər kəsin bu həyatda öz rolu var və biz kiməsə kömək edəndə özümüzə kömək edirik. Eyni qayda ilə biz kimisə hətta fikrən də olsa incidəndə, ilk növbədə, özümüzü incidirik. Film üzərində işləyənlərə minnətdarlığını bildirən Leyla Əliyeva hamını ekran əsərini izləməyə dəvət etdi.
Filmin süjet xətti Xeyir və Şər üzərində qurulub. Xeyir və Şərin əbədi qarşıdurmasında Xeyirin qalib gəlməsi üçün nə etmək lazımdır? Filmin qəhramanları bu suala cavab verməyə çalışırlar. Onların arasında 20 ildən çox həbsxana həyatı yaşayan və hazırda hər gününü yaxşılıq etməklə başlayan, bununla da "iblislər”in yenidən ona hakim olmamasına çalışan şəxsi görürük. Eyni zamanda, filmdə həkimlər uşaqları onkoloji xəstəlikdən xilas edərək aydın şəkildə Şərlə mübarizə aparırlar və çox hallarda qalib gəlirlər.
Ekran əsərinin digər qəhrəmanı əlil arabasında gəzməsinə baxmayaraq, normal həyat tərzi yaşayır: ali məktəbdə oxuyur, bal rəqsləri ilə məşğul olur, Olimpiya Oyunlarına hazırlaşır, paraşütdən tullanır, bununla da cətinliklərin öhtəsindən gələ bilir.
Filmdə əsərləri 50 dilə tərcümə olunan fransız yazıçı və dramaturq Erik Emmanuel Şmittin həyatı dəyərləndirməyə dair müsahibəsi də yer alıb. Beləliklə, film həyatın həqiqi dəyərlərindən bəhs edərək, hər kəsin Şərə qarşı bir peyvənd vurdura biləcəyi, "həyatı daha gözəl etmək hər birimizin əlindədir” fikrini çatdırır.
Təqdimat mərasimində Bakının və Moskvanın uşaq evlərinin sakinləri də iştirak etdilər.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun həyata keçirdiyi "Uşaq diplomatiyası” proqramı çərçivəsində Moskvadakı "Naş dom” adlı ailə tərbiyəsinə dəstək mərkəzinin Bakıya gəlmiş yetirmələri və Bakının uşaq evlərinin sakinləri ilə görüşdü, onlarla səmimi söhbət etdi və uşaqlara uğurlar arzuladı.
Moskvadan gələn uşaqlar üçün Bakıda keçirəcəkləri 8 gün ərzində maraqlı proqram hazırlanıb. Onlar ölkəmizlə daha yaxından tanış olmaq və həmyaşıdları ilə dostluq əlaqələri qurmaq imkanı qazanacaqlar. Proqram çərçivəsində bu ilin yay aylarında Azərbaycanın uşaq evlərinin sakinləri Rusiya paytaxtında olublar.
Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqları hər zaman qayğısı ilə əhatə edib. "Uşaq diplomatiyası” proqramı da bu istiqamətdə görülən işlərdən biridir.
NAXÇIVANA DRON HÜCUMU - İran nə etmək istəyir? + VİDEO
Vergi sistemində yeni idarəetmə modeli tətbiq olunacaq
Rəsmi Tehran vurulan gəmiyə görə ABŞ-ı hədələdi: "Unutma, çox ağır şəkildə peşman olacaqsız"
Əməkdar artistə yeni vəzifə verildi
İRAN 5 QAT SÜRƏTƏ SAHİB YENİ PUA-ları SAVAŞA BURAXDI - "Hadid-110"nun üstünlüyü nədir? (FOTOLAR)
"Tiktok"da qeyri-etik paylaşım edən “Yeraz” cəzalandırılıb
İran ordusundan Türkiyə ilə bağlı - Açıqlama
"Beşiktaş"ın baş məşqçisi: "Əsas hədəfimiz Türkiyə Kubokudur"
“Azercell” tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırır
İsrailin Livana hücumu: ölən və yaralananların sayı artıb
Azərbaycan nefti 4 dollar ucuzlaşdı - Qara qızıl 82 dollara satılır
Nazir: "Almaniya İrana qarşı müharibəyə qoşulmayacaq"
Ağdam şəhərinə növbəti köç olub
Sabirabadda qadın 14 kq narkotiklə saxlanıldı
Tehran bombalanır - İran paytaxtında partlayış sədaları artıb
Hakan Fidan ABŞ Dövlət katibiylə danışdı - Nələr müzakirə olunub?
İsrail ordusu: "İrandan yeni bir raket hücumuna başlayıb"
XİN başçıları telefonda mübahisə edib - Qətərli nazir iranlı həmkarının izahını qəbul etmədi, hədə-qorxu gəldi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
YENİ SƏDRDƏN YENİ TƏLƏB: yaxın qohumların işə götürülməsi bu qurumda qadağan olundu
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
İran səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Ramazanın 15-ci gününün duası: imsak və iftar vaxtı
Azərbaycan vətəndaşıarı Yaxın Şərqdən təxliyyə olunur
Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib
Ramil Mənsimov Monteneqroda saxlanılıb
"DAHA YENİ BAŞLAYIRIQ" - ABŞ müdafiə naziri Baş qərargah rəisi ilə birgə mesaj verdi, İrana qoşun yeritmək variantı da var
İlqar Mustafayev, köməkçisi və direktorun məhkəməsi təxirə düşüb
Fəqani Hüseynov həbs olunub
Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrailə qarşı yeni raket hücumlarına başlayıb
Prezident İlham Əliyev fərman imzalayıb
İrandan Azərbaycana daha 46 nəfər təxliyə edilib
Türkiyə XİN başçısı İran XİN başçısı ilə danışdı - Xəbərdarlıq
Türkiyə hava məkanında İranın ballistik raketi vuruldu - Rəsmi Ankaradan qəzəbli bəyanat
“Azərbaycan Dəmir Yolları”nda nə baş verir? - Rövşən Rüstəmov "Yüksəliş” müsabiqəsinin qalibi ilə də yola getmədi
Deputatın oğlu ilə TƏBİB arasında sövdələşmə - 400 min manatlıq
34 hakimin Ali Məhkəmədə andiçmə mərasimi olub
Fərid Bağırzadə nazir təyin olundu - O, kimdir?
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM