"Bu günə qədər qazandıqlarımızı qoruyacağıq" - Bərzanidən İraq ordusunun əməliyyatına reaksiya

img

17-10-2017 [20:39]


Kürdistan Muxtariyyətinin lideri Məsud Bərzani İraq ordusunun Kərkük və Mosula doğru uğurlu əməliyyatına bu gün ilk rəsmi münasibətini açıqlayıb.

Mia.az xəbər verir ki, o, Kərkükdə yaşanan məğlubiyyətin səbəbini Kürdistan bölgəsindəki bəzı siyasilərin təktərəfli hərəkət etməsi ilə əlaqələndirib: "Məhz bu təktərəfli hərəkət peşmərgəni kütləvi şəkildə geri çəkilməyə məcbur etdi".

Bərzani deyib ki, hazırda Ərbillə Bağdad arasındakı təmas xətti Mosulun İŞİD-dən azad edilməsi əməliyyatından əvvəlki nöqtədədir: "Kürd xalqı bilsin ki, Kərkükdə baş verənlərə baxmayaraq, bu günə qədər qazandıqlarımızı qoruyacağıq".

Qeyd edək ki, İraq ordusu dünən Kərkükü tam ələ keçirib, bu gün isə Mosulun bir neçə rayonunu geri alıb. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA