İraq ordusu daha bir qəsəbəni aldı - Baş nazir Kərkükə yeni vali təyin etdi, peşmərgəyə səsləndi

img

16-10-2017 [15:18]


Iraq ordusu Kərkükdəki hava limanı, hərbi baza və neft qaynaqlarını ələ keçirdikdən sonra ölkənin baş naziri Heydər əl-İbadi İraq Kürd Muxtariyyətinə bağlı olan kürd döyüşçülərinə (peşmərgə) müraciət edib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir peşmərgəni İraq ordusuna xidmət etməyə çağırıb.

Baş nazir eyni zamanda, Kərkükə yeni vali təyin edib. Yeni vali Rakan əl-Jbourrinin qarşısına şəhərdə qısa müddətdə dövlət idarəçilyini bərpa etmək tapşırığı qoyulub.

Bu arada isə Iraq ordusu ilə peşmərgə arasında Tuzhurmatu qəsəbəsi uğrunda döyüşlər gedib. Lakin kürd qüvvələri orduya sonadək müqavimət göstərə bilməyib. Ordu qəsəbəyə daxil olaraq, tam nəzarəti bərpa edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA