Lavrovdan Xəzər dənizinin dibi ilə boru xəttinin çəkilməsinə reaksiya: "Dəniz mühiti çox həssasdır..."

img

16-10-2017 [13:50]


Rusiya xarici işlər naziri Sergey Lavrov Xəzər dənizinin dibi ilə boru xəttinin çəkilməsinə münasibət bildirib.
 
APA-nın Rusiya bürosunun məlumatına görə, Rusiya XİN başçısı Soçidə Ümumdünya Gənclər və Tələbələr Festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı bildirib ki, Xəzərin dibi ilə boru kəməri çəkilməmişdən öncə xəttin inşasının ətraf mühitə necə təsir edəcəyini dərk etmək lazımdır.
 
"Qara dənizdən fərqli olaraq Xəzərdə dəniz mühiti çox həssasdır. Belə boru kəmərlərinin tikintisi barədə qərar qəbul olunmamışdan öncə bu kimi layihələrin ətraf mühitə təsirini diqqətlə öyrənmək lazımdır", - deyə Lavrov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA