Rusiya Azərbaycana S-300 raket kompleksi satıb

img

19-08-2010 [05:23]


Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov ölkəsinin Azərbaycana S-300 hava hücumundan müdafiə kompleksi satdığını təsdiqləyib. Sergey Lavrov avqustun 18-də Ermənistanın ictimai televiziyasına müsahibəsdə bildirib ki, bu kompleks yalnız ölkə ərazisini xarici raket hücumlarından qorumaq üçündür. Nazir Rusiyanın qeyri-sabit regionlara heç vaxt silah satmadığını, söhbətin müdafiə sistemindən getdiyini və bunun beynəlxalq tələblərə uyğun olduğunu bildirib. Lavrov deyib ki, Cənubi Qafqazda yeni müharibə fəlakətlə nəticələnə bilər və ümid edir ki, heç kim buna hazırlaşmır. Lavrov 2008-ci ilin avqustunda Gürcüstanın Cənubi Osetiya problemini güc yolu ilə həll etmək cəhdini xatırladıb və Dağlıq Qarabağ münaqişəsinin bu həddə çatmayacağına əmin olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA