Qırğızıstanda prezident seçkiləri: Atambayev namizəd deyil, bəs əsas rəqiblər kimlərdir?

img

15-10-2017 [13:07]


Bu gün Qırğızıstanda prezident seçkiləri keçirilir.

"RİA Novosti” agentliyinin  verdiyi məlumata görə, yerli vaxtla saat 08.00-da açılan 2375 seçki məntəqəsi saat 20.00-da bağlanacaq.

Ölkə xaricində vətəndaşlar səfirlik və konsulluqlarda açılmış 37 seçki məntəqəsində səs verə biləcək. Prezident postuna 11 namizəd iddialıdır. 

Səlahiyyət müddəti dekabrın 1-də başa çatacaq Qırğızıstanın prezidenti Almazbek Atambayev Konstitusiyaya əsasən namizədliyini irəli sürməyib. 

Seçkilərdə ölkənin sabiq baş nazirləri –  Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekov və müxalifət liderlərindən Omurbek Babanovun şansı yüksək qiymətləndirilir.

Ölkə tarixində ilk dəfə seçkilər elektron informasiya-seçki sistemi tətbiq edilir. Sistem seçki qutularına atılan bülletenləri avtomatik hesablayır, məlumatlar mərkəzi server və sayta ötürülür. Qırğızıstan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 10.00-a seçici fəallığının 7,49% təşkil etdiyini açıqlayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA