Qoşunları dərhal çıxarın! - Dəməşqdən Türkiyəyə TƏLƏB

img

14-10-2017 [22:48]


Dəməşq Türkiyədən qoşunlarını İdlib əyalətindən dərhal çıxarmağı tələb edib. Bu barədə SANA agentliyinə ölkə XİN-dən bildirilib.

"Suriya Ərəb Respublikası Türkiyə qoşunlarının İdlib əyalətinə girməsini ən sərt şəkildə pisləyir. Bu ölkə suverenliyinə və Suriya torpaqlarının bütövlüyünə açıq-aydın qəsddir, beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır”, - deyə XİN-dən bildirilib.

"Türkiyə qoşunlarının İdlibə girməsinin Astana prosesində zamin ölkələr arasında əldə olunan razılaşma ilə heç bir əlaqəsi yoxdur. Suriya Ərəb Respublikası Türkiyədən qoşunlarını İdlib əyalətindən dərhal və qeyd-şərtsiz çıxarmağı tələb edir”, deyə XİN nümayəndəsi qeyd edib.

Türkiyə SQ Baş Qərargahının ötən gün yayılan məlumatında bildirilib ki, əməliyyat Suriyada təhlükəsizlik rejiminə əməl olunması üzrə nəzarət zonasının yaradılması məqsədi güdür.
Suriyada təhlükəsizlik zonalarına dair Astanada əldə olunan razılaşma çərçivəsində türk hərbçilər İdlibdə müşahidə məntəqələri yaratmağa başlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA