BMT baş katibi: "Ümid edirəm ki, İranla nüvə sazişi qorunub saxlanılacaq"

img

14-10-2017 [10:30]


BMT-nin baş katibi Antoniu Quterreş ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramına dair saziş barədə bəyanatlarından sonra, sazişin qorunub saxlanılmasına ümid edir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib.

O, bildirib: "Baş katib dəfələrlə bildirib ki, Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) qəbul edilməsi nüvə silahının yayılmaması rejiminin möhkəmlənməsi və qlobal sülh və təhlükəsizlik üçün mühüm nailiyyətdir. O, ümid edir ki, BHFP qorunub saxlanacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA