Gürcüstan yeni idarəetmə sisteminə keçir, prezidentin səlahiyyətləri kəskin şəkildə məhdudlaşdırılır - Layihə təsdiqləndi

img

13-10-2017 [19:24]


Gürcüstan parlamenti ölkə prezidenti Georgi Marqvelaşvilinin veto qoyduğu yeni konistitusiyanı üçüncü oxunuşda qəbul edib.

"Report” "İnterfax”a istinadən xəbər verir ki, bunun üçün qanunverici orqanın növbədənkənar iclası keçirilib.

Parlamentdəki müxalifət fraksiyası səsvermədə iştirak etməyib. 

Müxalifətçi deputatlar zaldan "Ayaqlanan konstitusiya!” şüarını asıblar.

Məlumata görə, yeni konstitusiyaya əsasən Gürcüstan parlament idarəetmə üsuluna keçir və prezidentin səlahiyyətləri kəskin şəkildə məhdudlaşdırılır. Yeni konstitusiya bir ildən, yeni prezident seçildikdən sonra qüvvəyə minəcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA