Məşhur güneyli sənətçi Bakıda klip çəkdirdi - VİDEO+FOTO

img

11-10-2017 [10:44]


Güney Azərbaycandan olan tanınmış müğənni Sohel Pakdel Azərbaycanda ilk klipini çəkdirib. "Sev söyləsin" adlanan mahnının sözləri Sahibə Rəşidə, musiqisi Samir Fətullazadəyə aiddir. 

Pakdel saytımıza açıqlamasında muğamlarımızı bildiyini söyləyib: "Şərqin böyük muğam ustadlarından olan məşhur Səlim Məəzeezadənin oğlu Vədid Müozzandan muğam dərsləri almışam. Azərbaycan muğamlarının demək olar ki, hamısını bilirəm. Ailəmiz də muğamı çox gözəl duyur və ürəklə dinləyir. Ancaq buna baxmayaraq, Bakıda xalq artisti Samir Cəfərovdan da vokal dərsləri almışam. Azərbaycandan öncə isə Hindistanda vokal dərsləri almışdım. Bizim musiqimiz çox zəngindir. Hazırda bir neçə mahnı üzərində işləyirəm. "Gecdi daha" adlanan mahnımız da artıq hazırdı". 

 Qeyd edək ki, "Sev məni"nin operatoru Delee-dir. Klipi tanınmış rejissor-prodüser Rəhman Əliyev ekranlaşdırıb.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA