Əbülfəs Qarayev iraqın Azərbaycana yeni təyin olunmuz səfirilə görüzdü

img

19-08-2010 [11:39]


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 18-də İraqın Azərbaycana yeni təyin olunmuş səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak ilə görüşüb. Görüş zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlıq, İraqın müqəddəs şəhərlərinə turizm səfərlərinin təşkili, hər iki ölkədə keçirilən festivallarda iştirak və digər bu kimi məsələlər müzakirə olunub. Ə.Qarayev İraqın incəsənət xadimlərini 2011-ci ildə Azərbaycanda keçiriləcək ikinci Beynəlxalq Muğam Festivalına, İraqın səfiri isə öz növbəsində Azərbaycanın incəsənət xadimlərini Riad və Babil beynəlxalq festivallarına dəvət edib. İraq səfiri birgə təşkilatçılıq ilə Azərbaycanda İraq makamı, milli rəqsləri və moda nümayişinin keçirilməsini irəli sürüb. Bununla yanaşı səfir ötən il Bakıda keçirilmiş İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin VI konfransında Nəcəf şəhərinin 2012-ci il üçün islam mədəniyyətinin paytaxtı seçilməsini xatırladıb və Bakı şəhərinin bu sahədəki təcrübəsi nəzərə alınaraq, gələcəkdə Azərbaycanın təcrübəsindən istifadə etməklə qarşılıqlı görüşlərin keçirilməsini təklif edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA