Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhədi keçdi - İdlibdən sonra hədəf Afrin olacaq?

img

09-10-2017 [13:33]


Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhədi keçərək İdlib əyalətinə daxil olub.

Mia.az Türkiyə mediasına istinadən xəbər evrir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri rəsmi  açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, Astanada İran və Rusiya ilə razılaşdırılmış əməliyyat çərçivəsində türk ordusu İdlibdə Azad Suriya Ordusunun təmizlədiyi ərazilərdə təhlükəsiz bölgənin təminini həyata keçirəcək.

Xatırladaq ki, İdlib əməliyyatı ilə bağlı Türkiyə prezidenti Ərdoğan bir neçə gün əvvəl açıqlama verərək demişdi ki, "İdibin daxilini Türkiyə, xaricini isə Rusiya qoruyacaq".

Ərdoğan, həmçinin İdib əməliyyatından sonra Türkiyə ordusunun yeni hədəflər müəyyənləşdirə biləcəyini istisna etməyib. O, üstüörtülü şəkildə İdliblə Türkiyənin sərhədi arasında olan və hazırda da YPG/PYD kürd qüvvələrinin nəzarətindəki Afrin şəhərinə doğru hərəkət edə biləcəklərinin işarəsini verib: "Biz bu bölgədə daha bir terror dəhlizinin olmasına imkan verməyəcəyik".

Qeyd edək ki, hazırda Afrinlə sərhəddə Türkkiyənin xeyli canlı qüvvəsi və hərbi texnikası cəmlənib. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA