“Trampın hərəkətləri III Dünya müharibəsinə gətirib çıxara bilər" - Senator Bob Korker

img

09-10-2017 [09:24]


Senator Bob Korker ABŞ prezidenti Donald Trampın yeritdiyi siyasəti tənqid edib.
 
APA-nın xəbərinə görə, bu barədə "The New York Times” məlumat verib.
 
Senator deyib ki, Tramp öz işinə realiti şou iştirakçısı kimi yanaşır: "Tramp digər ölkələri təhdid edir, onun hərəkətləri III Dünya müharibəsinə gətirib çıxara bilər. O, məni narahat edir. Ölkəmizi düşünən hər bir kəs narahat olmalıdır”.
 
Qeyd edək ki, Senatda Tennessi ştatını təmsil edən 65 yaşlı respublikaçı seçkiqabağı kampaniya dövründə D.Trampın tərəfdarlarından biri olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA