Tramp ona “gicbəsər” deyən dövlət katibi haqda: “Daha sərt olsa, yaxşıdır...”

img

08-10-2017 [10:26]


ABŞ prezidenti Donald Tramp jurnalistlər qarşısında əmin edib ki, bütün deyilənlərə baxmayaraq, onun dövlət katibi Reks Tillersonla münasibətləri yaxşıdır. Bununla belə, prezident əlavə edib ki, Tillerson "daha sərt” olsa, yaxşıdır.

Bundan əvvəl Amerika KİV-ləri xəbər veriblər ki, Tillersonla Tramp arasında münasibətlər gərgindir və dövlət katibi bir neçə dəfə istefa vermək istəyib. 

Habelə Pentaqonda keçirilən toplantıda Trampın xarici siyasət mövqeyindən o qədər qəzəblənib ki, həmkarlarının yanında onun arxasınca biədəb söyüş söyüb və "gicbəsər” adlandırıb.

Tillerson jurnalistlər qarşısında bunu təkzib etməyib, lakin deyib ki, prezidentin komandasının üzvü kimi qalır və istefa vermək fikrində deyil.

Virtualaz.org

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA