Ədəbiyyat üzrə Nobel mükafatının qalibi yapon yazıçı oldu - Kasuqo İsoquro kimdir?

img

05-10-2017 [15:20]


2017-ci il ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb.

İsveç Kral Akademiyasının Nobel Komitəsinin qərarı ilə mükafata yazıçı Kasuqo İsoquro layiq görülüb. 
                                         
Yazıçı 8 noyabr 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində anadan olub. Beş yaşında olarkən onun ailəsi İngiltərəyə köçüb. K. İsoquro 1978-ci ildə Kent Universitetində bakalavr dərəcəsi alıb. 1981-ci ildən yaradıcılıqla məşğuldur. O, "Məni getməyə qoyma”, "Uşaqlığımı axtaranda”, "Uzaq təpələr” və s. romanları ilə məşhurdur.
 
"Məni getməyə qoyma” romanı əsasında film də çəkilib. 
 
1901-ci ildən təqdim olunan Nobel ədəbiyyat mükafatına ötən il amerikalı Bob Dilan layiq görülüb. 
 
Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.
 
APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA