Bakı mədəniyyət müəssisələrində yeni təyinatlar oldu - Dəyişiklik

img

05-10-2017 [12:13]


Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən, bir neçə mədəniyyət müəssisələrinin rəhbərliyində rotasiya qaydasında dəyişikliklər edilib.

Mia.az sözügedən idarəyə istinadən xəbər verir ki, dəyişikiyə əsasən, Q.Abbasov adına mədəniyyət sarayının direktoru Məmməd Rza oğlu Rzayev tutduğu vəzifədən azad olunaraq Şağan qəsəbə klubuna, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktor müavini Tofiq Ağarza oğlu Dadaşov isə H.Abbasov adına mədəniyyət evinə direktor vəzifələrinə təyin olunublar:

"İdarənin digər əmrinə əsasən R.Aboyev adına mədəniyyət və istirahət parkının direktoru Fikrət Zinun oğlu Urucəliyev tutduğu vəzifədən azad olunaraq, Q.Abbasov adına mədəniyyət sarayının direktoru vəzifəsinə təyin edilib".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA