Ərdoğan Abdullah Gülü toplantıya dəvət etdi, rədd cavabı aldı - AKP ciddi dəyişikliyə gedir

img

04-10-2017 [12:13]


AKP-nin 41 ay sonra yenidən başına keçən prezident Ərdoğan oktyabrın 6-da partiyanın rəhbər şəxsləri, o cümlədən vaxtı ilə quruculuğunda ön yerləri tutmuş nüfuzlu şəxsləri ilə birlikdə topantı keçirəcək.

Mia.az Türkiyə mediasına istinadən bildirir ki, cümə günü Afyonkarahisarda baş tutacaq və AKP-də bəzi vəzifəli şəxslər üçün "təlatümlü topantı" sayılan toplantıya partiyanın qurucuları, Mərkəzi Aparat işçiləri, nazirlər, partiyanın qadın və gənclər qolununu sədr və üzvləri qatılacaq:

"Ərdoğan həmin toplantıya 11-ci prezident Abdullah Gül, AKP iqtidarında müxtəlif vəzifələr tutmuş Bülent Arınçla Hüseyn Çeliki də dəvət edib. Arınç və Çelik dəvətə "hə" desə də, Gül mənfi cavab verib. Sabiq prezident rədd cavabını "prinsip olaraq siyasi heç bir tədbirə qatılmamaq" vədi ilə əlaqələndirib".

Məlumatda o da qeyd olunur ki, Ərdoğanın "partiyada bir dəmir yorğunluğu var, bu yorğunluğu boynumuzdan atmaq üçün AKP-də ciddi dəyişikliklərə ehtiyac var" - sözlərindən sonra bu toplantıya diqqət çoxalıb. Gözlənilir ki, həmin toplantıda partiyanın yeni strategiyası müzakirə olunacaq, rəhbərlikdə ciddi dəyişikliyə gediləcək.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA