Türkiyə prezidenti Azərbaycanın baz naziri ilə görüzüb

img

17-08-2010 [01:24]


Azərbaycanda rəsmi səfərdə olan Türkiyə prezidenti Abdulla Gül avqustun 17-də onun üçün ayrılmış iqamətgahda baş nazir Artur Rasizadəni qəbul edib. A.Gül iki ölkə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu, Azərbaycanın sürətli inkişafından məmnunluğunu bildirərək, ikitərəfli münasibətlərin siyasi, təhlükəsizlik, iqtisadi və mədəni sahələrdə get-gedə inkişaf etdiyini söyləyib. Münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Görüşdə Qafqazın sabitliyi və təhlükəsizliyi üçün Türkiyənin həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilib. Türkiyə prezidenti Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini, ölkəsinin bu məsələdə daim Azərbaycanın yanında olduğunu vurğulayıb. Öz növbəsində, baş nazir A.Rasizadə əmin olduğunu bildirib ki, Türkiyə prezidentinin səfəri iki ölkənin xalqlarının rifahı naminə qarşılıqlı faydalı işgüzar əlaqələrin genişləndirilməsinə xidmət edəcək. Qeyd olunub ki, səfər nəticəsində əldə edilmiş razılaşmalar Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərinin daha da inkişafı üçün çox mühüm rol oynayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA