ilham Əliyev Abdulla Gülü qəbul edib

img

16-08-2010 [05:42]


Avqustun 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə prezidenti Abdullah Gülün rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib. Türkiyə prezidenti Abdullah Gülü Azərbaycan prezidenti qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə prezidentinə də raport verib. Türkiyə və Azərbaycanın dövlət himnləri səslənib. Prezidentlər rəsmi foto çəkdiriblər. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Abdullah Gülün təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib. Bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub. Yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan dövlət başçıları Türkiyə prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyini vurğulayıblar. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA