Ermənilər Gürcüstanda da qarşıdurma yaradıblar - Polislə toqquşma

img

30-09-2017 [20:51]


Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Samtsxe-Cavaxeti bölgəsinin Kumudro kəndində yerli erməni sakinlərin iştirakı ilə baş vermiş insidentlə bağlı məlumat yayıb.
 
APA-nın yerli bürosu məlumata istinadla xəbər verir ki, bir qrup yerli sakin Kumudro kəndində X əsrə aid olan və bərpası davam etdirilən kilsəyə daxil olmağa cəhd ediblər: 

"Mühafizə polisi vətəndaşlara kilsə ərazisinə daxil olmağa icazə verməyib və bundan sonra bəzi sakinlər polis əməkdaşlarına qarşı fiziki güc tətbiq edərək onlara daş atıblar. İnsident nəticəsində polis əməkdaşları xəsarət alıb və nazirliyə məxsus maşınlara ziyan dəyib. Daxili işlər naziri Giorgi Mqebrişvili hadisə yerində olub və yerli sakinlərlə görüşüb. Hazırda kənddə vəziyyət sakitdir”.
 
DİN insidentlə bağlı istintaqa başlayıb. 

Qeyd edək ki, Kumudro kəndinin erməni sakinlərinin kilsə ərazisinə daxil olmağa cəhdinin məqsədi orada xaç quraşdırmaq olub.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA