İspaniya parçalanacaqmı? - Kataloniyada seçki məntəqəsi yaxınlığında atışma oldu

img

30-09-2017 [14:03]


İspaniyanın Kataloniya muxtar bölgəsində oktyabrın 1-nə planlaşdırılan referendumda seçicilərin səs verəcəyi seçki məntəqəsinin yaxınlığında atışma olub. 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bölgənin Manleu şəhərində pnevmatik silahdan atəş açılması nəticəsində dörd nəfər xəsarət alıb.

Hadisə məktəb binası qarşısında Malyeu Referendum Müdafiəsi Komitəsinin üzvləri polisin məntəqəyə möhür vurmasına mane olmağa çalışdığı zaman baş verib.

Yaralanan şəxslərin vəziyyətlərinin yaxşı olduğu, xəsarətlərinin ciddi olmadığı bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA