Abdulla Gülün Azərbaycana rəsmi səfəri bazlayıb

img

16-08-2010 [02:33]


Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana rəsmi səfəri başlayıb. Türkiyə prezidentini Heydər Əliyev Beynəlxalq Hava Limanında baş nazirin müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Milli geyimli uşaqlar Türkiyə Prezidentinə gül dəstələri təqdim ediblər. Hava limanının ali qonaqlar üçün salonunda Prezident Abdullah Gül və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub. İki günlük səfər zamanı Abdulla Gül Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçirəcək. Onun baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov və bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə ilə də bir araya gələcəyi bildirilir. Görüşlərdə ikitərəfli aktual məsələlər, hər iki ölkəyə aidiyyəti olan regional və qlobal proseslər hərtərəfli müzakirə olunacaq. Abdulla Gülü müşayiət edəcək nümayəndə heyətinə enerji və təbii ehtiyatlar naziri, Türkiyə-Azərbaycan birgə iqtisadi komissiyasının həmsədri Taner Yıldız və digər rəsmi şəxslər daxildir. İki gün Azərbaycanda olacaq Türkiyə prezidentinin Şəki rayonuna səfəri də nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA