Müsavat Ermənistandakı rus hərbi bazasının qalma müddətinin uzadılmasına etiraz edir

img

16-08-2010 [01:59]


?Rusiya bölgədə vəziyyətin gərginləşdirilməsi istiqamətində təhlükəli addımlar atmaqdadır. Ermənistandakı rus hərbi bazasının qalma müddətinin daha 49 ilə qədər uzadılması, bazanın kontingentinin və yeni silah növləri ilə təchizatının artırılması, üstəlik Ermənistana da bu bazadan istifadə hüququnun verilməsi regionu partlamağa hazır barıt çəlləyinə çevirir. Münaqişənin nizamlanmasında ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan vasitəçi dövlətin regiondakı münasibətləri gərginləşdirən bu hərəkətləri beynəlxalq hüququn normalarına hörmətsizlik olmaqla Rusiyanın yeni təcavüzkar niyyətlərindən xəbər verir?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu fikirlər Müsavat Partiyasının bu gün yaydığı bəyanatda yer alıb. Qeyd olunur ki, belə şəraitdə Qarabağ ətrafında formalaşan yeni təhdidlər Azərbaycanı yeni addımlar atmağa məcbur edir: ?Əvvəla, vasitəçi Rusiyanın bu hərəkətlərindən bir sıra beynəlxalq qurumlara, xüsusən də BMT Təhlükəsizlik Şurasına müraciət edilməlidir. Azərbaycan öz təhlükəsizliyini təmin etmək məqsədi ilə Avro-Atlantik məkana inteqrasiyanı sürətləndirməli, bununla yanaşı Türkiyə və Pakistanla hərbi-strateji əlaqələrin inkişafına çalışmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA