ATV-nin 32 əməkdaşı işdən azad olundu - Siyahıda kimlər var?

img

26-09-2017 [16:26]


Bu gün rəhbərliyi dəyişən ATV kanalının 32 əməkdaşı işdən çıxarılıb.

Mia.az teleqraf.com-a istinadən xəbər verir ki, onların içində ATV dizayn qrupunun rəhbəri, rejissor Rauf Ocaqverdiyev də var.

Həmçinin ATV-nin baş prodüseri Taleh Bağırov, ATV-nin vitse-prezidentinin müavini, teleseriallar şöbəsinin rəhbəri Vado Korovin, "Azad Azərbaycan” Teleradio Yayım Kompaniyasının radio qrupları üzrə vitse-prezidenti Arzu Cəfərova da işdən azad edilənlər sırasındadır.

Qeyd edək ki, bu gün kanalın rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunandan sonra, vitse-prezident, eyni zamanda Qaradağlının qaynı Rauf Dadaşov və aparıcı Turan İbrahimov da ATV-dən kənarlaşdırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA