21-09-2017 [20:49]
"Bu gün ölkəmizin sürətli inkişafı, həyata keçirdiyimiz regional və qlobal layihələr, ümumiyyətlə, Azərbaycan həqiqətləri dünyanın bir çox ölkələrində ali tribunalardan beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışını xüsusi olaraq vurğulamaq lazımdır. Ümumiyyətlə, ölkəmizin başçısının ABŞ-a səfəri, bu mötəbər tədbirdə iştirak və çıxış etməsi, eyni zamanda, keçirdiyi bir sıra mühüm görüşlər Azərbaycanın artan nüfuzundan xəbər verir".
Bunu Mia.az-a YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadənin sözlərinə görə, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı Dağlıq Qarabağla bağlı səsləndirdiyi əsaslı və mühüm fikirlər dünya ictimaiyyətinə bir daha dəqiq mesaj oldu: "Prezidentin qeyd etdiyi kimi, Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Nə qədər ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmayıb, Ermənistanın təcavüzü nəticəsində işğal altında olan 20 faiz torpağımız azad edilməyib Azərbaycan həm hərb, həm də informasiya məkanında öz mübarizəsini və haqlı təbliğat siyasətini davam etdirəcək. Prezidentin bu sahədə yürütdüyü siyasət təqdirəlayiqdir və xalqımız tərəfindən dəstəklənir”.
YAP Siyasi Şurasının üzvü vurğuladı ki, Azərbaycan Prezidentinin sessiyada çıxışı zamanı Xocalı faciəsi ilə bağlı toxunduğu məqamlar bir daha dünya ictimaiyyətində Ermənistanın terrorçuluq siyasəti ilə bağlı aydın fikir formalaşdırdı: "Hər kəsə məlumdur ki, ermənilər Xocalıda azərbaycanlılara qarşı böyük soyqırımı törədiblər. Bu soyqırımı artıq dünyanın bir sıra ölkələrində rəsmi şəkildə tanınıb. Prezident "bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir” fikirləri isə Sarkisyanın bir daha beynəlxalq birlik qarşısında dəqiq faktlarla ifşa edilməsidir.”
"İki sahil” qəzetinin baş redaktoru əlavə etdi ki, Prezident İlham Əliyev cəsarətli şəkildə BMT tribunasından dünyanın beynəlxalq təşkilatlarına çağırış edərək ikili standartlara son qoyulmasını tələb etdi: "Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. BMT-nin Təhlükəsizlik Şurası bununla bağlı 4 qətnamə qəbul edib. Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti bununla bağlı qərar və qətnamələr qəbul ediblər. Bizim isə tələbimiz odur ki, Ermənistan bu qətnamələri icra etsin. Əgər etmirsə Ermənistana təzyiq edilsin və cəzalandırılsın. Təəssüf ki, sadaladıqlarımızın heç biri baş vermir. Əvəzində işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərilir. Bunun isə bir adı var-ikili standartlar. Ölkəmizin başçısı isə haqlı olaraq bəyan edir ki, bu yanaşma qəbuledilməzdir.”
V.Rəhimzadə onu da bildirdi ki, Azərbaycan Prezidentinin BMT-nin ali tribunasından ölkəmizin beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığı, Azərbaycanın dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biri olması, sosial və iqtisadi sahələrdə nail olduğumuz böyük inkişaf, dövlətimizin beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı kimi tanınması ilə bağlı səsləndirdiyi dəyərli fikirlər bir daha onu deməyə əsas verir ki, Azərbaycan regionun ən qüdrətli ölkəsidir və böyük güclərin əsas tərəfdaşlarındandır.
Mia.az
Əl-Musrati üzr istədi: "...söz tapa bilmirəm”
Fatih Terim fitə basıldı, qəzəblənən məşqçi telefonunu yerə çırpdı - "Panatinaikos"un çempionluğu möcüzəyə qaldı
Baş nazir: "İlin sonunadək Ukraynaya F-16 göndərəcəyik"
Qəzzada savaş: ölüm halları artıb
"Lester Siti" yenidən Premyer Liqaya dönüb
İsrail əsgərləri daha 15 fələstinlini həbs edib
Fransa derbisi: çempionu bəlli oldu
"Göztepe" Super Liqaya yüksəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BLİNKEN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ: nələr müzakirə olunub?
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR