13-09-2017 [23:05]
Zamin Hacı
Deyir binanın altındakı otağı icarəyə veriblər, camaat da orada yığışıb əxlaqsızlıqla məşğul olubdur. Vay-vay... Biabırçı hərəkətdir. Xalq şairi, xalq yazıçısı, nə bilim, xalq tarixçisi adına layiq olmayan işlərdir. (Oranın üzvləri arasında tarixçilər də var, deməli, məntiqlə xalq tarixçisi adı da olmalıdır).
Ancaq əziz və hörmətli yoldaşlar, o qurumun yuxarı mərtəbələrində guya əxlaqlı işlər görülür? Haçan o bina əxlaq və mənəviyyat məbədi olubdur ki, indi onun bir deşiyində əxlaqsızlıq yuvası tapmısınız? Azərbaycan xalqının yaddaşı çox qısa, operativ yaddaşdır, hər şeyi qulaqardına veririk, unuduruq, bundan da istifadə edib başımıza corab hörürlər.
Əgər unutqan olmasaq yada salardıq ki, bu Azərbaycan Yazıçılar Birliyi adlı idarə Azərbaycan sovet yazıçılarının İttifaqı olaraq məşum və məlun 1937-ci il repressiyasından cəmi 3 il qabaq, 1934-cü ildə İosif Stalinin göstərişi ilə yaradılıbdır. Qarşıdan xalqları "təmizləmə”, qardaşı qardaşın, oğulu atanın, yazıçını şairin üzünə qoymaq üçün böyük dalğa gəlirdi, bu dalğaya ədəbi-bədii don geyindirmək üçün bütün ittifaqda hər sahə üzrə idarələr yaradılmalı idi. Bəs nə üçün xüsusi yaradıcılıq qurumları olmalı idi? Axı Müşfiqi, Cavidi, Əhməd Cavadı, Salman Mümtazı... öldürmək üçün elə NKVD bəs eləyirdi. Ancaq yox, Stalin yaxşı başa düşürdü ki, bu qəddar tamaşanın effekti, ləzzəti, həmçinin kütlələrə təsiri üçün elə aktyorlar aktyorların üzünə durmalıdır. Hərə öz sahəsində "xalq düşməni” aşkarlamalıdır. Bizdə bu işin önündə məhz yazıçılar getmişdir. Təsadüfi deyil ki, Yusif Səmədoğlu 1980-ci illərdə yazdığı "Qətl günü” romanında "Bir məmləkətdə ki, şair şairin başını istəyə, ora xaraba qalmalıdır” tipli cümlə yazmışdı. İddia edirəm bunu bir növ avtobioqrafik yazıbdır. Təkcə Səməd Vurğunun repressiya illərində fəaliyyətini nəzərdə tutmayıb. Elə özü də uzun illər AYB-də yüksək vəzifə tutub, "ədəbiyyat” jurnallarına redaktorluq edib, gördüyünü görüb.
Əslində çox uzağa getməyə ehtiyac da yoxdur. "Müstəqillik” dövrümüzdə də AYB öz sovet ənənələrinə sadiq qalmış, həmişə fərqli fikirə, azad sözə düşmən olmuş, yaltaqlıq, yalan yuvasına çevrilmişdir. Bir neçə şair və yazıçını ordan qovublar. O cümlədən, indi hansısa qadının yarıçılpaq oynaması, nə bilim, pulsuz qəlyan çəkməsi onun şəxsi işidirsə, gözgörəsi yalançılıq, yaltaqlıq ictimai əxlaqsız hərəkətdir. Nə qədər ki, ölkədə belə "yaradıcı” qurumlar qalır, millət də əxlaqa elə paça arasında yer tutan anlayış kimi baxacaqdır.
Bu kafe əhvalatı həmçinin ucuz detektivlər yazarının biabırçı yalançı olmasını da üzə çıxartdı. Öncə dedi kafedən xəbərimiz yoxdur, ancaq ortaya ayda 8 min manat icarə pulu almasının sənədini qoydular. Belə çıxır Hacıbala müəllim bundan güclü detektiv imiş... Adamın bədii istedadı o qədər aşağıdır ki, bir bambılı kafe söhbətindən də ləyaqətlə çıxa bilmədi.
Əlbəttə, günah onlarda deyil. Günah məzlum xalqdadır ki, indiyəcən bu saxtakarlıq icarədarlarına pərəstiş edir, yolda-irizdə görəndə cumub qəlyanlarından öpmək istəyirlər. O cümlədən, müxalifət liderləri indi bəs kimə təbrik teleqramı yazacaq? Hansı şairə, yazıçıya yalmanacaqlar? Axı orada milli xainlərin kafesi aşkara çıxıb, tərəfimizdən aşkar edilib götürülübdür! Bəli! Vur ağzından partlasın! Mən hansı bir orqana bənzədim ki, AYB-ni...
Bu arada ümumən tamaşadan zövq almağımı, xeyli güldüyümü hörmətli oxuculara çatdırım. Karikatur hadisə idi. Misal üçün, yağmalanan kafenin yiyəsinin BDU-da hüququn dekanı olması çox əla faktdır. O mənada yox ki, pulu hardan tapıb gecə klubu-zad açır, bəs düzgünlük hanı... Yox, bizdə buna görə adama gülməzlər. Hamı belə yaşayır. Bacarana baş qurban. Sən də imkan tap, qamarla, hörmətli adam olarsan. O mənada ki, həmin tip ölkədə yaradılan hüquqsuzluq şəraitinin sırf memarlarından biridir. Onun dərs dediyi qaqaşlar indi hüquq-mühafizə orqanı əməkdaşıdır və oğlunun adına açdığı obyektləri qanun-zad hərləmədən basıb yağmalayırlar, heç demirlər, ey hörmətli müəllim, kafenizdə qəlyan var... Deyirlər oğlun cinsi azlıqlarla əylənir, olmaya özü də... İnsanın əkdiyi ağacın meyvələrini yeməsi dünyada ən ləzzətli hadisələrdən biridir. Biz hazırda bunu müşahidə eləyirik.
Ancaq vaxt var idi həmin "hüquqşünas”ın düşərgəsi müxalifət liderlərinin evinin qabağına cinsi azlıqları göndərirdi. Sən demə, onlar hamısı AYB üzvü imiş.
musavat.com
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Şəmsi Səmədzadə axtarışa verildi
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?