08-09-2017 [10:12]
Əslində sərlövhədəki suala cavab var. Sadəcə beynəlxalq miqyasda baş verən müəyyən proseslər və onların ölkəmizdə doğurduğu ab-hava məsələyə yenidən qayıtmaq üçün əsas verir.
Daha doğrusu, yaddaşları təzələmək ehtiyacı yaradır. Diqqətli oxucular söhbətin nədən getdiyini təxmin etdilər. Arayış üçün bildirim ki, ABŞ-ın nüfuzlu "The Washington Post”, Böyük Britaniyanın "The Guardian" qəzetlərində və dıgər KİV-lərdə ölkəmizlə bağlı əsassız və qərəzli fikirlər gündəmə gətirilib, Azərbaycana, onun prezidentinə qarşı çirkin qaralama kampaniyasına start verilib. Bu kampaniyada vacib elementlərdən biri isə həmişəki kimi söz və ifadə azadlığı ilə imitasiyadır. Azərbaycan jurnalistləri, ümumən cəmiyyətimiz bu kimi xoşagəlməz təqdimatları böyük rəzalət, ədalətsiz yanaşma hesab edir. Zənnimcə, barışılması mümkün olmayan ən böyük ədalətsizlik isə prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin öz vətəndaşı olan jurnalistlərə yönələn sosial aksiyasının, yəni media təmsilçilərinin mənzillə təminatının sırf təmənna kimi qələmə verilməsi, mövcud xüsusda medianın dövlətdən asılılığı faktorunun qabardılmasıdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev nəyə görə jurnalistlərin dostudur? Yaxud ölkə jurnalistləri nəyə görə dövlət başçısını özlərinin dostu hesab edirlər? Dediyim kimi, cavab məlumdur. Kütləvi informasiya vasitələrinin hüquqi bazasının təkmilləşdirilməsindən tutmuş jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasınadək bir çox məqamlardan ətraflı söz açmaq mümkündür. Təbii, hər bir detalın üzərində dayanmağa lüzum görmürəm. Ancaq müəyyən qədər ümumiləşdirmələr apararaq bir sıra məsələləri vurğulamaq istərdim.
Azərbaycan dövləti medianı idarəçiliyin əsas vasitəsi hesab edir. Onun dördüncü hakimiyyət missiyasına ciddi yanaşır. Çünki ümumən media fəaliyyəti mahiyyətcə ədalətin bərqərar olmasına, güclənməsinə çağırış motivlidir və maarifləndiricidir. İstər nəzəri, istərsə də praktik cəhətdən bu, hər bir dövlət üçün sərfəli modeldir.
Bəzi Qərb dairələrinin yanlış və məqsədli təqdimatlarının əksinə olaraq Azərbaycan özünütəcrid vəziyyətində deyil, ola da bilməz. Aşkarlığın, şəffaflığın mühüm göstəricisi olan müstəqil mediasız isə Azərbaycan modeli ümumiyyətlə yoxdur. Bu, idarəçiliyin təbiətindən, xalqın ruhundan, mahiyyətindən irəli gələn xüsusiyyətdir. Hətta totalitar sovet rejimi şəraitində də respublikamızın öz ənənələri olub. Bu ənənələr mətbuata ciddi şəkildə sirayət edib. Bir sözlə xalq da, onun mübarizə dayağı sayılan mətbuat da heç vaxt mütləqiyyətə boyun əyməyib.
Doğrudur, tarixdə Azərbaycan xalqının, eləcə də bütövlükdə Qafqaz regionu xalqlarının taleyinə təsir göstərmiş nəhəng proseslər, kataklizmalar yaşanıb. Bunun fəsadlarından sığortalanmaq mümkün olmayıb. İçərisində indi özünü demokratik sayan Qərbin də yer aldığı ədalətsizliklərlə üzləşmişik. Bölgəmiz böyük konfrantasiyaların meydanına çevrilib. Təəssüf ki, bu reallıqları qəbul etmək məcburiyyətində qalmışıq. Lakin zaman dəyişib. Xalqımızın taleyinə yazılmış SSRİ adlandırdığımız kabus da ömrünü başa vurub. Yeri gəlmişkən, keçmiş imperiyanın süqutunda Azərbaycan xalqının, onun ruhunu ifadə edən mətbuat orqanlarının son dərəcə fədakar əməyi olub.
Bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq müstəqillik illərində Azərbaycan sürətlə inkişaf edən, dünyaya inteqrasiya yolu tutan ölkəyə çevrilib. Burada beynəlxalq əhəmiyyətli konfranslar, seminarlar, simpoziumlar, nüfuzlu idman yarışları və digər iri miqyaslı toplantılar təşkil olunub. Əldə etdiyimiz nailiyyətlər barədə beynəlxalq aləmdə kifayət qədər bilgilər var. Bununla bağlı dünya mediasında çoxsaylı məqalələr də yer alıb.
Azərbaycan dövləti "The Washington Post”un və digərilərinin iddia etdiyinin əksinə olaraq, heç vaxt jurnalistikanı hansısa təmənna ilə ələ almaq niyyətində olmayıb. Azərbaycan jurnalistləri də heç zaman nəinki düşünməyiblər, heç ağıllarına da gətirməyiblər ki, dövlətin onlarla bağlı siyasəti yaradıcılıqlarını məhdudlaşdıra, özünüsenzura meyli yarada bilər. Onlar bu gün də tam azad və sərbəst şəkildə fikirlərini ifadə edir, ən sərt tənqidi, düşündürücü materiallarla oxucuların görüşünə gəlirlər. Dövlət başçısı çıxışlarında jurnalistləri daim fəal olmağa, cəmiyyətin ən müxtəlif tərəflərini işıqlandırmağa, nöqsanları diqqətə çatdırmağa, məmurları tənqid etməyə çağırır.
Bəli, üç ildən sonra Azərbaycanda daha 255 jurnalistə ölkə Prezidentinin Sərəncamı əsasında inşa olunacaq binadan mənzil veriləcək. İndiyədək 411 media təmsilçisi evlə təmin edilib. Bu prosesdə Azərbaycan mediasının palitrası tam şəkildə gözlənilib. Dövlətin mənzillə təmin etdiyi jurnalistlər içərisində iqtidaryönümlü, müxalifətyönümlü və müstəqil jurnalistlər var. Bölgüdə onlara hər hansı fərq qoyulmasından söhbət qətiyyən gedə bilməz.
Əlbəttə, Azərbaycan jurnalistləri mənzilə, ümumən sosial-məişət və iş şəraitlərinin yaxşılaşdırılmasına ehtiyac duyublar. Qeyd etdiyimiz kimi, Azərbaycanın inkişafı heç də rəvan getməyib. İndi də Dağlıq Qarabağ münaqişəsinin timsalında Ermənistanın təcavüzkar siyasəti ilə baş-başayıq. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bu kimi məqamları görmək öz fəaliyyətlərində itirdikləri haqq-ədalət anlayışını Azərbaycanda tapmaq fikrinə düşənləri, ölkəmizə qarşı ikili standartlar irəli sürənləri, söz və ifadə azadlığı ilə bağlı saxta reytinqlər tərtib edərək Azərbaycanı nüfuzdan salmağa çalışanları qətiyyən düşündürmür. Onları bu da düşündürmür ki, Azərbaycanda hər il əhalinin ən müxtəlif kateqoriyalarının mənzillə təminatı, mənzil şəraitinin yaxşılaşdırılması üçün layihələr gerçəkləşdirilir. Bu, dövlətin vətəndaşına yönələn sosial siyasəti olaraq dəyər qazanırsa, jurnalistlərin eyni imtiyazdan bəhrələnmələri nə üçün təmənna sayılmalıdır? Əksinə jurnalistlərin mənzil probleminin aradan qaldırılması prioritet əhəmiyyət daşımalıdır. Dövlətimiz də nəzərə alır ki, qayğısız jurnalistin əməyi demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşdirilməsi baxımından vacibdir.
Sonda onu da bildirək ki, ümumən Azərbaycanın uğurları xalq-hakimiyyət vəhdətinin nəticəsidir. Bu vəhdət dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev şəxsiyyətinin şah əsəridir. Heydər Əliyevin apardığı siyasət ümumən Azərbaycanın müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə hesablanmışdısa, cənab İlham Əliyevin prezidentliyi həm götürülmüş ictimai-siyasi, sosial-iqtisadi və mədəni kursun davamı, həm də Azərbaycanın dünyada güclü və oturuşmuş dövlət modeli olaraq təsdiqi mərhələsi idi. Cəmiyyətimiz bütün bunları görür və Prezidentə etimad da məhz sadaladığım məqamlardan qaynaqlanır. Buna görə də Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan medianın dövlət başçısının idarəçiliyindəki həssaslıq üçün müəyyənləşdirdiyi ali dəyər var. Bu dəyərin adı dostluqdur.
Dostluq tam səmimiyyətə, qarşılıqlı inama və etimada söykənən müqəddəs yaşantıdır. Dostluğun ən böyük göstəricisi onun təmənnasız təbiətə malik olmasıdır. Mediamız cəmiyyətimizi, insanlarımızı məhz bu keyfiyyətlərin daşıyıcısı kimi görür. Bu dəyərləri özünün həyat prinsipinə və fəaliyyət meyarına çevirən Prezident şübhəsiz ki, jurnalistlərin, bütövlükdə isə dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının dostudur. Azərbaycan cəmiyyəti, həmçinin Azərbaycan jurnalistikası dostunun timsalında dövlətinə sadiqdir.
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Şəmsi Səmədzadə axtarışa verildi
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?