07-09-2017 [11:59]
Son illər Azərbaycanda yol hərəkəti qaydaları ilə bağlı bir sıra yeniliklər edilib. Onlardan biri də sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət edən sürücünün cərimə edilməsidir. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində 40 manat cərimə nəzərdə tutulsa da, bu qayda pozuntusuna yol verənlərin sayı minlərlərdir. Qeyd etmək lazımdır ki, bu qayda yalnız magistral yollara aiddir.
Amma ümumilikdə həm magistral, həm də digər yollarda nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı sürücülərə çətinlik yaradan, onları çaşdıran və cərimə edilməsinə səbəb olan hallar da var. Buna bəzən məcbur qalan sürücülər də az deyil. Yəni qaydanı məcburən pozurlar. Çünki qarşıda gedən avtomobilin sürücü ya bilərəkdən, ya da bilməyərəkdən arxadakılara problem yaradır. Söhbət sürətlənmə zolağını, yəni sol zolağı tutub arxadan gələnlərin ötüb keçməsinə imkan verməyən sürücülərdən gedir. Son vaxtlar bu qəbildən olan sürücü narazılıqlarının sayının artdığını nəzərə alaraq Avtosfer.az bu məsələyə ona görə toxunur ki, həm qanunlardakı boşluqlardan xəbərdar olaq, həm səriştəsiz sürücülərə görə əsəb keçirməyək, həm də bəzi hallarda yol polisi əməkdaşlarının "tələsinə” düşməyək. "Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin VI-cı hissəsinin 2-ci bəndində qeyd olunur ki, sürücülərə lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq qadağandır. Amma İnzibati Xətalar Məcəlləsində bu qadağaya əməl etməyən sürücülərə qarşı hər hansı cərimə nəzərdə tutulmur. Yəni kimsə 120 km/saat sürət rejimi olan zolaqda 80-90 gedirsə buna görə ona cərimə düşmür. Çünki Azərbaycanda yalnız sürət həddini aşmağa görə cərimə tətbiq olunur. Təyin olunmuş sürətdən aşağı getməyə görə məsuliyyət yoxdur. Məhz buna görədir ki, bəzi düşüncəsiz və yekəxana sürücülər sağ zolaqlarda 100, 80 və 60 km/saat sürət həddi təyin edildiyi halda sol zolaqda – 120-lik zolaqda 80-90-la gedirlər. Bu isə bəzən qəzaya səbəb olur.
Məlumdur ki, 120-lik zolaqda gedən sürücü yaxşı halda sürəti 129-a qaldırır. O sürətlə gedən avtomobilin yolun hansısa döngəsində eyni zolaqda 80-90-la gedən avtomobillə toqquşması qaçılmazdır. Aeroport yolunda bu cür qəzalar tez-tez baş verir.
"Dərnəgül yolu” kimi tanıdığımız Ziya Bünyadov prospektində isə vəziyyət fərqlidir. Sol zolağı zəbt edərək aşağı sürətlə hərəkət edən avtomobilin sürücüsü çox vaxt qəsdən arxadan gələnlərə yol vermir. Sürücülər isə məcbur olub sağdan ötürlər. Az sonra sola manevr edib sol zolağa qayıdırlar. Qarşıda isə onları surpriz gözləyir. Yol polisi təfərindən saxlanılan sürücüyə "avtoş” damğası vurulur. Bildirilir ki, ziqzaqvari hərəkət edilib, yəni, sağdan ötüb, sonra yenə sola qayıdıb. Əslində, məntiqlə düşünəndə bəli, ziqzaqvari hərəkət edib. Bunun qanunda cəriməsi 40 manatdır. Sürücü burada yalnız manevr qaydasını pozmuş sayılır. Lakin təcrübə göstərir ki, yol polisləri Azərbaycanda sağdan ötmə edənlərin yarıdan çoxuna "avtoş” deyirlər. Təsəvvür edin ki, 50-60 yaşında kişini saxlayıb "avtoxuliqan" deyilən vaxtlar da olur. Hansı ki, mütəxəssislər o yaşda insanların sürətdən qorxduğunu, təhlükəli manevrlərdən qaçdığını deyirlər. Çünki bu hərəkətlər onlara çətin gəlir. Amma bizim yol polisləri arasında bunun əksini "sübut edənlər” az deyil.
Avtoxuliqanlıqdan söz düşmüşkən, İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsində bu barədə çox aydın şəkildə yazılıb. Bir daha təkrar edək:
Maddə 511.1. Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər. Göründüyü kimi, burada qaydaların davamlı şəkildə pozulması, eləcə də ictimai qaydaların, əhalinin dincliyinin pozulması, cəmiyyətə açıqca hörmətsizlik kimi əməllərin heç biri sağdan ötmə əməliyyatı ilə uyğun gəlmir. Sağdan ötmə İXM-nin 327.1-ci maddəsində belə təsvir olunur - əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması.
Şəxsən mən ən xırda qayda pozuntusunun da tərəfdarı deyiləm. Lakin ağlı başında olan, savadlı, ziyalı, nadir hallarda qayda pozan adama "avtoxuliqan” damğası vurmaq çox pis əməldir. Təsəvvür edin, bu sözün axırı "xuliqan” sözüylə bitir. Aylarla, bəzən isə illərlə heç bir qayda pozuntusu olmayan bir sürücüyə hansısa yaramaz sürücü sol zolağı zəbt etdiyi üçün sağdan ötməyə görə "xuliqan” demək ağır səslənir. Xuliqan sözü özü-özlüyündə cəmiyyətdə heç də yaxşı ifadə deyil. 25-30 yaşlı gənc inspektorun 50-60 yaşlı kişiyə sağdan ötməyə görə "avtoxuliqan” deməsi isə lap dəhşətlidir. Və bütün bunlara nəzər salaraq sürücülərə tövsiyyə edirəm ki, sükan arxasında səbrli olsunlar. Sol zolağı tutub gedənlərin, arxadan gələnlərə yol verməyənlərin bəziləri yol polisinin "dostları” olur. Onlar sizi hövsələdən çıxarıb sağdan ötməyə, bununla da 200 metr irəlidə saxlanılıb "avtoş” elan edilmənizə çalışırlar. Belə halda qarşıda gedən nəqliyyat vasitəsini qabağa buraxmaq, bir qədər məsafə yaranandan sonra yerdəyişmə edib sağ zolağa keçməklə hərəkəti davam etdirmək lazımdır. Buna görə sizə kimsə cərimə yaza bilməz. Çünki ötmə-manevr başqadır, yerdəyişmə başqa. Sadəcə dönmə siqanlını yandırıb zolağı dəyişmək kifayətdir...
Məlum məsələdir ki, zamanın tələbi ilə qanunlar da dəyişir. Məsələn, 15 il əvvəl heç kimin ağlına gəlməzdi ki, yolda radara düşmək olar, telefonla danışmağa görə cərimələnmək mümkündür və sair. Bu gün də zolaqlar üzrə düzgün mövqe tutmayan sürücülər yollarımızda problemlər yaradıb qəzaya və haqsız cərimələrə səbəb olduğu üçün bu məsələni də qanunla tənzimləmək lazımdır. "Yol hərəkəti haqqında” qanun yolda lüzumsuz olaraq asta sürətlə hərəkət etməyi qadağan edirsə İnzibati Xətalar Məcəlləsində buna uyğun məsuliyyət müəyyən etmək olar. Məsələn, İXM-nin 327.1-ci maddəsində nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində düzgün yerləşdirilməməsinə görə 40 manat cərimə nəzərdə tutulur. Bu maddəni lüzumsuz olaraq asta sürətlə gedən, daha dəqiq desək zolaqlar üzrə düzgün hərəkət sürəti seçməyən sürücülərə də şamil etmək olar. Lakin bu zaman bəzi incə məqamlara diqqət etmək lazımdır. Məsələn, birzolaqlı yollarda bu cərimənin tətbiq edilməsi düzgün olmazdı. Lakin həmin yollarda müəyyən nöqtələrdə ötməyə icazə verilməlidir.
Keçmiş komitə sədri hakim qarşısına çıxarılır - Korrupsiya ittihamı
Türkiyədə ağır qəza: 8 nəfər ölüb, çoxlu sayda yaralı var - FOTOLAR
Ağdərə və Qubadlıda insan qalıqları tapılıb - Prokurorluq araşdırma aparır (Yenilənib)
Joze Mourinyo Türkiyəyə gəlir - İki illik razılaşma əldə olunub
ABŞ səfiri Füzuli və Şuşada - FOTOLAR (YENİLƏNİB)
Putin beşinci dəfə and içəcək
QMİ Məhərrəmlik ayının başlanacağı tarixi açıqladı
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO (Yenilənib)
Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü - Sabiq mətbuat katibi vəzifəyə təyin olunub
Azərbaycanla daha bir ölkə arasında viza tələbi aradan qaldırılıb
Gömrük Komitəsinin sədri özünə daha bir müşavir götürüb
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir - Dəyişiklik
ABŞ-da unikal hadisə: qadın 10 həftə ərzində lotoda iki dəfə 1 milyon dollar qazanıb - "Qənaətlə xərcləyəcəm"
Dövlət xidməti rabitə müəssisələrini "vurdu": “Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq
Anar Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə iclası
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
İki həftə əvvəl "ərim məni döyür" harayı çəkən müğənni ölüm xəbərindən dərhal sonra dəyişdi: "Andımıza sadiq qaldıq, canım yoldaşım"
İsrail əsgərləri Tulkerim qaçqın düşərgəsini mühasirəyə alıb
SABİQ NAZİRİN OĞLUNUN ADI HALLANAN MƏHKƏMƏ PROSESİ: "90 milyon manat ayrılmışdı..." (Yenilənib)
Qəbul imtahanına qeydiyyat başa çatır
Qubad İbadoğluna elektron qolbaq taxılıb
İnəkdən quş qripinə yoluxan var - "Gözləri qıpqırmızı olub"
Neft Fondu əməkdaşları 3 günlük istirahətə 118 min manat xərcləyəcək
Qohumlarını vəzifəyə yığan sabiq nazir indidə belə danışır: "Qabiliyyəti, bacarığı olanı təyin etmək lazımdır, qohumları yox..." - VİDEO
Partiya sədri: "İstəyirlər ki, Rusiya ilə düşmən olaq" - MÜSAHİBƏ
“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb
Keçmiş baş həkimlə şöbə müdiri yenidən hakim qarşısına çıxarılır
BMT rəsmisi: "Bizim əməkdaşları lüt soyundurublar..."
Nazir prezidenti "narkoman" adlandırdı, sərt cavab gecikmədi: "Get, Baş nazirin arvadının korrupsiyası ilə məşğul ol!"
ZİYANLI VƏRDİŞLƏR (IV YAZI)
Heyətə alınmayan Bonuççidən paylaşım - FOTO
Məşhur müğənni qəza törədib - FOTOLAR
Rusiya MN açıqladı: "Daha bir qəsəbəni ələ keçirdik"
İsrailin müdafiə naziri HƏMAS-ı hədələdi: "Artıq Rəfaha girməkdən başqa yol qalmır.."
ABŞ Qəzzaya havadan yardım atıb - 7 bağlama isə dənizə düşüb
Şeron Stoun: ""Kurtlar Vadisi"ndə ingiliscə bilən yox idi..." - Ssenari müəllifindən reaksiya (FOTOLAR)
Tuncay Şanlı istefaya göndərildi
Acun Ilıcanın sahibi olduğu komandanın arzusu "gözündə qaldı"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR