Türkdilli ölkələrin prezidentləri Türkiyədə bir araya gələcək

img

07-08-2010 [06:24]


Sonunucu dəfə Naxçıvanda toplaşmış türkdilli ölkələrin dövlət başçıları sentyabrın 15-16- da Türkiyədə bir araya gələcək. "AzərTac"ın məlumatına görə, türkdilli ölkələrin önümüzdəki ay Türkiyədə keçiriləcək zirvə görüşünə hazırlıq məsələləri avqustun 4-6-da Bodrumda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə də müzakirə olunub. Bununla bağlı jurnalistlərə açıqlama verən Qırğızıstanın xarici siyasət idarəsinin başçısı Ruslan Kazakbayev bildirib ki, İstanbulda keçirilməsi planlaşdırılan bu zirvə görüşündə Türk Dünyası Şurası Katibliyinin təsis olunması gözlənilir. Xarici işlər nazirlərinin görüşlərinə gəldikdə isə, bu toplantılar Qırğızıstanın Tanrı dağında, Bakı və Almatıda davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA