Elmar Məmmədyarov Əhməd Davudoğlu ilə Dağlıq Qarabağ məsələsini müzakirə edib

img

06-08-2010 [02:31]


Türkiyənin Bodrum şəhərində qeyri-rəsmi görüş keçirən türkdilli ölkələrin xarici işlər nazirlərinin mətbuat konfransı olub. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, görüşdə türkiyəli həmkarı Əhməd Davudoğlu ilə Dağlıq Qarabağ məsələsini müzakirə edib. E.Məmmədyarov deyib ki, bu problemin həllində Türkiyə kimi gülcü dövlətin dəstəyi çox vacibdir və gələcəkdə də bu dəstəyin davam edəcəyinə inanırıq. Nazir əlavə edib ki, mədəniyyəti və kökləri bir-birinə yaxın olan türkdilli dövlətlər problemləri də birlikdə həll etməlidirlər. Əhməd Davudoğlu bu il İstanbulda Türk Dünyası Şurasının Baş Katibliyinin yaradılacağını, türkdilli ölkələrin sıx əməkdaşlığı üçün səylərin artırılacağını deyib. Bundan əlavə, türkdilli ölkələrin xarici işlər nazirləri gələn ay rəsmi görüş də keçirəcəklər. Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev türkiyəli həmkarı ilə son bir ildə 12 dəfə görüşdüyünü xatırladaraq, türkdilli ölkələrin xarici işlər nazirlərinin görüşlərinin qardaşlıq tellərinin gücləndirilməsi üçün zəruri olduğunu vurğulayıb. Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev də türk dünyası ölkələrinin birliyinə olan inamı ifadə edərək, həmkarlarını toplantı üçün Tanrı dağlarına dəvət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA