Nail Allahverdiyev özünə yeni vəkil tutdu - Əvvəlki vəkili işdən kənarlaşdırıldı

img

17-08-2017 [12:06]


Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəkili dəyişib.

Hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov işdən kənarlaşıb. Bundan sonra N. Allahverdiyevin hüquqlarını vəkil Muxtar Mustafayev müdafiə edəcək.

M.Mustafayev APA-ya açıqlamasında xaricdə olduğunu və bu işlə bağlı danışmaq istəmədiyini bildirib.
Xatırladaq ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində "Mercedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədib. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA