Türkiyə Ali Hərbi Şurasında qəbul edilən qərarlar açıqlandı

img

05-08-2010 [12:51]


Türkiyə Prezidenti Abdulla Gül Ali Hərbi Şuranın qərarlarını təsdiq edib. CNN Türk-ün məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında avqustun 1-də başlamış və 4 gün davam edən iclasınnın qərarında Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyinat olmayıb. Bu vəzifəyə Quru Qoşunları komandanı, ordu generalı İşık Koşanerin təyin olunması gözlənilirdi. Təyinatın avqustun 5-də olacağı ehtimal olunur. İşık Koşanerin icra etdiyi Quru Qoşunlarının komandanı vəzifəsi də hələlik boş qalıb. Belə ki, bu vəzifəyə təyin olunması gözlənilən ordu generalı Həsən İğsız hökumətin əleyhinə təbliğat aparan internet saytları açıdığı üçün onun namizədliyi dövlət başçısı tərəfindən təsdiq olunmayıb. Bu vəzifəyə ordu generalı, jandarm komandanı Atilla İşıq təyin oluna bilər. Məhkəməyə cəlb olunacaq 11 general isə gələn ilin avqustuna qədər bəraət alacaqları təqdirdə yeni rütbələr və vəzifələr alacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA